Udduğu iynələr 66 ildən sonra çıxarıldı

Samir Soltanov/AZADİNFORM. Türkiyədə həkimlər qəribə hadisə ilə üzləşib. 

Azadinform xəbər verir ki, 68 yaşlı Raziyə Yıldırım adlı xanım qarın nahiyəsindəki ağrılardan şikayətlənərək xəstəxanaya müraciət edib. R. Yıldırımın əməliyyatdan öncə yoxlanıldıqda həkimlər onun bədənində 2 yad maddənin olduğunu müəyyənləşdirib. Araşdırma nəticəsində məlum olub ki, xəstə 2 yaşında olarkən iynə udub. Dərhal əməliyyata alınan xəstənin qarın nahiyəsindən 2 ədəd 5 santimetrə yaxın iynə çıxarılıb.

Həkimlər bildirir ki, hal-hazırda xəstənin vəziyyəti kafidir. Bir neçə gündən sonra xəstə evə buraxılacaq. 

11.09.2018 11:45 / Baxılıb: 630 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo