Təmkin Xəlilzadənin qolu tarixə düşüb

Samir Soltanov/AZADİNFORM. UEFA Millətlər Liqasının ikinci turunun Malta ilə səfər oyununda yığmamız və “Qəbələ”nin üzvü Təmkin Xəlilzadənin vurduğu qol ilklərlə əlamətdar olub. 

Azadinform klubun rəsmi saytına istinadən xəbər verir ki, cinah oyunçusu Azərbaycan yığmasının Millətlər Liqasındakı ilk qolunun müəllifi kimi tarixə düşüb. O, həm də 7-ci matçını keçirdiyi millidə özünün qol hesabını açıb. 

Xatırladaq ki, Xəlilzadə Azərbaycan millisinin tarixində qol sevinci yaşayan 62-ci futbolçudur. 

Qeyd edək ki, Malta - Azərbaycan oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.

11.09.2018 11:15 / Baxılıb: 240 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo