Azərbaycan-Malta oyunu heç-heçə ilə yekunlaşıb

Adəm Abbaslı/AZADİNFORM. Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Malta-Azərbaycan oyunu başa çatıb.

Azadinform-un məlumatına görə, hesabı Malta yığması 10-cu dəqiqədə açıb. Aqius millimizin qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib.

Lakin Azərbaycan millisi hesabı bərabərləşdirə bilib. Belə ki, 26-cı dəqiqədə müdafiəçi Təmkin Xəlilzadə rəqib qapıçısını məyus edib.

Birinci taym 1:1 hesabı ilə başa çatıb.

İkinci taymda isə hesab dəyişməyib. Beləliklə, oyun heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra Azərbaycan millisi xallarını 2-yə çatdırıb və paralel oyunda Kosovonun Farer adalarını məğlub etməsi səbəbindən 3-cü pilləyə enib. Kosovo 4 xalla 1-ci pilləyə yüksəlibsə, Farer adaları 2-ci pilləyə enib. 1 xala malik Malta isə sonuncudur.

11.09.2018 09:00 / Baxılıb: 133 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo