Rusiya Çexiyanı darmadağın etdi

Futbol üzrə Rusiya və Çexiya yığmaları arasında yoldaşlıq görüşü keçirilib.

Azadinform-un məlumatına görə, "Rostov Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada hesabı 8-ci dəqiqədə Aleksey İonov açıb. O, 29-cu dəqiqədə penaltini də dəqiq yerinə yetirib. Meydan sahiblərinin digər qollarına 24-cü dəqiqədə Anton Zabolotnı, 79-cu dəqiqədə Aleksandr Yeroxin və 83-cü dəqiqədə Dmitri Poloz imza atıb. Qonaq komandanın təsəlli qolunu isə 74-cü dəqiqədə Tomaş Souçek vurub.

Ağayev oyunda hər iki sarı vərəqəni çexiyalı futbolçulara göstərib. 28-ci dəqiqədə yan Boril, 63-cü dəqiqədə Tomaş Souçek cəzalanıb.

Qeyd edək ki, Əliyar Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov yardımçı olub.

10.09.2018 23:08 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo