Bakıda Şanson gecəsi olacaq

AZADİNFORM. Oktyabrın 16-da Heydər Əliyev Sarayında “Şanson gecəsi” adlı konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən Azadinform-a bildirilib ki, konsertdə tanınmış şanson ifaçıları Cəlal Abbasov, Ceyhun Bakinski, Hava Dolev, Flora Eyvazova “Florensiya”, Şakir Mərdanov, Şamil Kərimov, Oleq Selin və Bayram Cəlilov iştirak edəcəklər.

Konsertdə tamaşaçılara yeni, maraqlı və fərqli proqram təqdim olunacaq. Müğənnilər konsertdə hər zaman populyarlığını saxlayan “Şanson” janrında mahnılarla yenidən paytaxt sakinlərini və qonaqları sevindirəcəklər.

Biletləri Heydər Əliyev Sarayının və şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

10.09.2018 09:45 / Baxılıb: 176 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo