Azərbaycanla Xorvatiya arasında bir sıra sahələrdə geniş əməkdaşlıq var

Nərgiz Məmməd/AZADİNFORM. “Prezident İlham Əliyevin Xorvatiyaya səfəri qarşılıqlı münasibətlərdə yeni addım olacaq. Bu səfər böyük əhəmiyyət daşıyır”.

Azadinform xəbər verir ki, bu sözləri millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, Azərbaycanla Xorvatiya arasında siyasi, ticari, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə geniş əməkdaşlıq var: “Xorvatiyanın yerləşdiyi ərazi dünyanın mühüm geosiyasi məntəqələrindən biridir. Azərbaycan dövləti Balkan regionunda bir sıra layihələr həyata keçirir. Düşünürəm ki, cənab Prezidentin Xorvatiyaya səfəri qarşılıqlı münasibətlərdə yeni addım olacaq”.

7.09.2018 14:45 / Baxılıb: 136 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo