Ermənistanı RF-ə bağlayan geosiyasi konfiqurasiya Köçəryandan deyil, Mehri dəmiryolundan asılıdır

Adəm Abbaslı/AZADİNFORM. RF prezidenti Vladimir Putin eks-prezident, haqqında cinayət işi açılmış Robert Köçəryanı ad günü münasibətilə təbrik etdi. Köçəryana V. Putinin belə münasibəti özünə görə deyil, Ermənistanın daxilində baş verənlərə görədir.

Azadinform xəbər verir ki, bu sözləri politoloq Mübariz Əhmədoğlu deyib.

O şərhini davam etdirərkən bildirib ki, S. Sərkisyanın dövründə Rusiya-Ermənistan münasibətlərində hər şey normal kimi görünürdü: “Bu dövrdə V. Putin və ya yüksək çinli Rusiya rəsmilərindən kimsə R. Köçəryanı itirib axtarmayıb. 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistanda antiRusiyaçılıq ən yüksək həddə çatan dövrdə də Rusiya rəsmiləri R.Köçəryanı yada salmadılar. O zaman Yerevana səfər edən RF baş naziri D. Medvedev  Q. Çarukyanın evində qalmalı oldu. Hər halda R. Köçəryanın da evində qala bilərdi. “Sistem” AFK-nın idarə heyətinin üzvü olan R. Köçəryan ən azı ildə 2 dəfə Moskvaya səfər edir. O zaman da yüksək çinli RF rəsmiləri R. Köçəryana diqqət ayırmadılar”.

M. Əhmədoğlu deyib ki, V. Putinin məqsədi N. Paşinyana münasibətini göstərməkdir: “V. Putin qarşıdan gələn seçkilərdə Rusiyapərəst qüvvələri aktivləşdirmək və onların arasından seçim etmək kursunu götürüb. Bu zaman Rusiyaya ən səmimi münasibət göstərən şəxs Rusiyanın namizədi olacaqdır. Bunun üçün ən optimal variant Ermənistandakı siyasi xadimin Mehri dəmir yolunun açılması uğrunda mübarizəsi olacaqdır. Mehri dəmir yolunun açılması Ermənistan üzərində Rusiya-ABŞ qarşıdurmasının konfiqurasiyasını tam dəyişəcək. Bəlkə də ABŞ Ermənistanı Rusiyanın təsir zonasından çıxarmaq barədə düşünməyəcək, Ermənistanla normal münasibətlər quracaq”.

5.09.2018 09:55 / Baxılıb: 132 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo