Metroda gediş haqqı 12,5 min dəfə artacaq

Venesuelanın paytaxtı Karakasda sentyabrın 10-dan metro yenidən ödənişli olacaq.

Məlumata görə, 2017-ci ilin sonundan ödənişsiz olan metroda gediş haqqının qiyməti 12,5 min dəfə artacaq.

Metroda gediş biletləri sentyabrın 8-dən satışa çıxarılacaq. Gediş haqqı 0,5 suveren bolivar təşkil edəcək (50 min köhnə bolivar). 2017-ci ildə biletlərin satışı dayandırılan müddətə qədər metroda gediş haqqı 4 köhnə bolivar təşkil edirdi.

Qeyd edək ki, 2017-ci ildə metroda biletlərin çapının dayandırılıb gediş haqqının ləğv edilməsinə səbəb ölkədə biletləri çap etməyə kağızın olmaması olub. (Trend)

5.09.2018 09:40 / Baxılıb: 388 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo