Bəzi şəxslər başa düşəcəklər ki, Cənubi Qafqazda Rusiya üçün ən vacib ölkə Azərbaycandır

Nərgiz Məmməd/AZADİNFORM. “İki ölkə arasındakı münasibətlərin əsasında mühüm faktorlar dayanır. Azərbaycan və Rusiya qonşu dövlətlərdir, uzun illər boyu vahid sosial-iqtisadi, siyasi, hərbi, ideoloji sistemdə bir dövlətin tərkibində ittifaq respublikaları olublar”.

Azadinform xəbər verir ki, bu sözləri millət vəkili Musa Qasımlı bildirib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin Rusiya Federasiyasına səfəri və səfər zamanı Prezident Vladimir Putinlə müzakirələr, imzalanan sənədlər böyük əhəmiyyət kəsb edir: “Rusiyada azərbaycanlı, Azərbaycanda isə rus icması vardır. Rus icması üçün bütün şərait yaradılıb. Azərbaycan məktəblərində rus bölməsi fəaliyyət göstərir. Rus dilində qəzetlər, saytlar, radio və televiziya proqramları var. Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafına  dinamizm gətirəcək. Əməkdaşlıq daha da genişlənəcək. Rusiyada hələ də Ermənistanı müdafiə edən bəzi dairələr və şəxslər başa düşəcəklər ki, Cənubi Qafqazda Rusiya üçün ən vacib ölkə məhz Azərbaycan Respublikasıdır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Rusiyanın Ermənistana böyük təsir imkanları var. Reginonda sülh və təhlükəsizliyin təmin olunması üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmalı, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad edilməlidir”.

4.09.2018 11:53 / Baxılıb: 222 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo