İlker Kaleli sənətdən gedir?

"Kanal D"nin məşhur serialı "Poyraz Karayel"də baş rolda oynayan aktyor İlker Kaleli ekranlarda görünməməyinin səbəbini açıqlayıb.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, İlker Poyraz obrazından sonra bir daha heç bir serial və filmə çəkilmədiyini söyləyib.

Dərgilərdən birinə müsahibə verən aktyor deyib:

"Özümü yeniləməyə çalışıram. Nəsə öyrənmək istəyirəm. İlk dəfədir, bu qədər boş vaxtım var.Həqiqətən yorulmuşdum. Son 10 ilə baxaq, özümdən razıyammı? Arada belə etmək mütləqdir. Həm insan, həm də aktyor olaraq bədənin də, ruhun da yenilənməsi lazımdır".

1.09.2018 16:48 / Baxılıb: 161 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo