Biz siz ola bilmədik!

“Mən cahan mülkündə mütləq doğru halət görmədim...”

 

Mənim gözəl ölkəmin gözəl insanları, halınız necədir? Sağ olun, Allah sizi var eləsin. Sayənizdə bu il də Qurban bayramını layiqincə yola verdik. Qoçlara qırmızılar bağladıq, imkansız ailələrə sosial şəbəkələrdə ət göndərdik, “əl tutduq”. Bu il də “savab”larımızla “selfie” elədik, əməlimizin nə qədər saleh olduğunu sübuta yetirdik.  

İndi deyəcəksiniz, bayramdan sonra bu nə aqressivlikdir? Yəni “neujeli” sənin kiməsə əl tutmaq imkanın olmayıb? Sən də bizim kimi ovcunun içini doldurmayacaq bayramlıqlarını buralarda paylaşmamısan? Deyəcəksiniz, bilirəm, ağzınızı doldurub, hələ üstəlik başıma ağıl da qoyacaqsınız, “elə atam balası, elə ki, sənin də ruhun dinclik tapsın. Bu dünyanın o bir üzü də var”. 

Elədim vallah elədim. Bəlkə qoyun əti ehsan eləmədim, amma əllərim Allahın ətəyindəydi. Bu bayram da... insaf dilədim, mərhəmət dilədim, səbir dilədim. Dedim ki, ya Rəbb, sən bizi başıbuxara papaqlı “manıs”lardan hifz elə, “dəvə südü”ndə yıxanan paçası darlardan qoru. İçki süfrəsində limonla araq “zakuska” eləyənlərdən uzaq tut. Bir azca rahatlıq ver, hüzur tapdır. Ki, biz də millətcə yığılıb, dişini kişidən üstün qılan dizçökmə mərasiminin tamaşasına duraq...

Sabahın xeyir, məmləkət! Günün aydın, Günəşin bol olsun! İmkanın varsa başın ayılanda dön bir özünə bax! Buxara papağın yerə düşüb, qaldır onu! Qadının içki süfrələrində məzə olub, çıxar! Ədəbsizin ədəblinə ədəb dərsi keçir, qoyma! Falçıların səhnələrdə adam oynadır, rədd elə! Şəhidinin ailəsinə manısın “əl tutur” efirlərdə! Möhtac etmə!

Ürəyinizə qurban, köhnə kişilər... Biz siz ola bilmədik!   

İnsan qala bilənə eşq ilə


Nigar İSFƏNDİYAR 

24.08.2018 11:55 / Baxılıb: 954 / Çap
 
    Bu bölmədə
    2.10.2018
    Bizim yollar...
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo