Pyaniç "Yuventus"la müqaviləsini 2023-cü ilə qədər uzadıb

"Yuventus" yarımmüdafiəçi Miralem Pyaniç ilə müqavilənin müddətini uzadıb.

Azadinform xəbər verir ki, yeni müqavilə 2023-cü ilə qədər nəzərdə tutulub, əvvəlki isə 2021-ci ildə başa çatır.

Əvvəl verilən məlumata görə, Pyaniç yeni müqaviləyə görə komandada ilinə əvvəlki 4,5 milyon avro əvəzinə 7 milyon avro alacaq.

Bosniyalı futbolçu ötən mövsüm İtaliya çempionatında 31 matç keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə verib. O, 2016-cı ildən "Yuventus"un şərəfini qoruyur.

21.08.2018 23:31 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo