Ən ucuz mobil rabitənin olduğu ölkələr açıqlanıb

Dünyada ən ucuz mobil rabitə Şri-Lankadadır. 

Azadinform "Vesti-Finance" nəşrinə istinadən xəbər verir ki, bu ölkədə mobil telefonla danışanlar ayda orta hesabla 0,97 dollar xərc çəkirlər. 

Aylıq mobil rabitə xərclərinin azlığına görə növbəti sıralarda Banqladeş (1,42 dollar) və İran (2,01 dollar) qərarlaşıb. 

Siyahıda həmçinin Nepal, Pakistan, Hindistan, Butan, Monqolustan, Efiopiya və Sudan da var.  Bu ölkələrdə mobil rabitə xərci ayda 2-3 dollar arasındadır.

21.08.2018 22:36 / Baxılıb: 233 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo