Rusiya şirkətləri Alyaska ştatındakı neft-qaz hasilatı layihələrində iştirak edə bilər

ABŞ Rusiya şirkətlərinin Alyaska ştatındakı neft-qaz hasilatı layihələrində iştirakında maraqlıdır.

Azadinform Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ştatın Ankoric şəhərində keçirilən Rusiya-Amerika Sakit Okean Tərəfdaşlıq Təşkilatının 23-cü iclasında bildirilib. 

İclasda həmçinin qeyd olunub, hazırda Rusiyanın "Saxalin-1" və Tyumen vilayətindəki neft emalı müəssisələri layihələrində iştirak edən şirkətlər Alyaskada da çalışa bilər. ABŞ-ın Alyaskada neft və qaz hasilatı üçün xüsusilə buzqıran gəmilərə ehtiyacı var, lakin sanksiyalara görə bu sahədə əməkdaşlığı genişləndirmək hələ ki mümkün deyil.

21.08.2018 22:20 / Baxılıb: 92 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo