Çin İran neftini bu ölkənin gəmiləri ilə daşıyacaq

Çin İran neftini bu ölkənin gəmiləri ilə daşıyacaq.

Azadinform xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın iqtisadi sanksiyalarının yenidən qüvvəyə mindiyi ərəfədə İran neftinin çinli alıcıları bütün idxalı İran Milli Tanker Şirkətinin (NITC) donanmasındakı gəmilərlə həyata keçirməyə başlayır.

İranın ən böyük neft müştərisi olan Çin ABŞ-ın sanksiyalarına baxmayaraq İran xam neftini almağa davam edəcək. Belə ki, Çinin “Zhuhai Zhenrong Corp” dövlət neft şirkəti və Asiyanın ən böyük neft emalı müəssisəsi “Sinopec Group” öz tədarükçülərini qorumaq məqsədilə İran Milli Neft Şirkəti (NIOC) ilə imzalanan uzunmüddətli müqavilələrdə NITC tərəfindən istismar edilən tankerlərdən istifadəyə icazə verən bəndi tətbiq edəcək.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyaları ilkin mərhələdə avqustun 7-də qüvvəyə minib. İrandan neft idxalını nəzərdə tutan sanksiyalar isə noyabr ayından tətbiq olunacaq.

21.08.2018 21:47 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo