İsveçdə qırıcı təyyarə qəzaya uğrayıb

İsveçin Blekinqe əyalətində “JAS-39” qırıcısı quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb.

Azadinform-un məlumatına görə, təyyarə iri quş sürüsü ilə toqquşduqdan sonra pilot idarəetməni itirdiyini hiss edib.

Nəticədə pilot katapult edib və təyyarə yerə çırpılıb. Şahidlər təyyarənin alçaqdan uçduğunu bildirib.

Hadisə nəticəsində pilot xəsarət almayıb.

Qeyd edək ki, İsveçdə təyyarələrlə quşların il ərzində 400-ə yaxın toqquşması qeydə alınır.

21.08.2018 20:43 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo