Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunacaq

AZADİNFORM. Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, ilk olaraq general-polkovnik N.Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti “Qəhrəman Brest qalası” memorial kompleksini ziyarət edərək burada Əbədi məşəlin önünə əklil qoyub.

Səfər çərçivəsində Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

21.08.2018 19:41 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo