Daha 2 idman növü üzrə Avropa çempionatı Azərbaycanda

Samir Soltanov/AZADİNFORM. Azərbaycan 2019-cu ildə aerobika və bədii gimnastika üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək. 

Azadinform Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən xəbər verir ki, bu barədə qərar Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin iclasında qəbul olunub. 

Milli Gimnastika Arenası ilk dəfə olaraq, 23-25 mayda qitənin ən güclü aerobika gimnastlarını qəbul edəcək. Azərbaycanda son 5 ildir inkişaf etdirilən bu idman növü üzrə çempionatın məhz Bakıda təşkili yerli gimnastların inkişafına da müsbət təkan verəcək. 

31 may – 2 iyunda isə bədii gimnastika üzrə Avropa çempionatı təşkil olunacaq. Bununla da Bakı artıq 4-cü dəfə bu idman növü üzrə qitə birinciliyinə ev sahibliyi edəcək. 

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası 2019-cu ildə idman gimnastikası, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku mərhələləri, həmçinin bədii gimnastika üzrə həm Dünya Kuboku, həm də dünya çempionatını da təşkil edəcək.

21.08.2018 18:55 / Baxılıb: 100 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo