Bayram münasibətilə ƏƏSMN-də tədbir keçirilib

Adəm Abbaslı/AZADİNFORM. Qurban bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, tədbirdə Qurban bayramının xeyirxahlıq və həmrəylik kimi yüksək dəyərləri özündə birləşdirən xüsusiyyətlərindən danışılıb. Tolerant cəmiyyət modeli nümunəsi olan ölkəmizdə milli-mənəvi dəyərlər sisteminin, müqəddəs dini adət-ənənələrimizin qorunub saxlanıldığı və daim uca tutulduğu qeyd olunub.

Tədbir çərçivəsində bir qrup əməkdaşa bayram hədiyyələri təqdim olunub.

21.08.2018 16:22 / Baxılıb: 268 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo