TAP-ın Albaniya hissəsinin tikintisi 2100 metr yüksəklikdə aparılır

Samir Soltanov/AZADİNFORM. Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Albaniyadan keçən hissəsinin tikintisi dəniz səviyyəsindən 2100 metr yüksəklikdə aparılır. 

Azadinform xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, hazırda TAP-ın tikinti işləri dəniz səviyyəsindən ən hündür nöqtədə - Ostrovica dağında, 2100 metr yüksəklikdə aparılır. 

Marta Pass adlandırılan bu yer Albaniyanın Korça və Skrapari bölgələrini birləşdirir. Bura, eyni zamanda, TAP-ın Qərb və Şərq seqmentləri arasındakı əlaqə nöqtəsidir. Yüksək hündürlükdə olan bu hissədəki tikinti işləri TAP-ın keçdiyi Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyada da daxil olmaqla ən mürəkkəb texniki işlərindən biridir. Buna baxmayaraq, ağır texnika, avadanlıq və polad boruların dəniz səviyyəsindən 2100 metr yüksəkliyə çatdırılıb, burada ən yüksək təhlükəsizlik standartlarına əməl olunur, tikinti işləri isə qrafik üzrə davam edir. Bu da onu göstərir ki, TAP Avropanın ən hündür nöqtələrindən keçən boru kəmərlərindən biridir.

21.08.2018 14:58 / Baxılıb: 114 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo