DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günləri işləyəcək

Samir Soltanov/AZADİNFORM. Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günləri işləyəcək. 

Nazirlikdən Azadinform-a verilən məlumata görə, Qurban bayramı ilə əlaqədar avqustun 22-dən 24-dək qeyri-iş günləri olmasına baxmayaraq, DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi, səhər saat 9.00-dan axşam saat 19.00-dək davam edəcək.

21.08.2018 13:53 / Baxılıb: 86 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo