Sərhədi pozmağa cəhd edən 1 nəfər saxlanılıb - Fotolar

Samir Soltanov/AZADİNFORM. “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda pirotexniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qarşısı alınıb, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 1 nəfər şəxs saxlanılıb. 

Dövlət Sərhəd Xidmətindən Azadinform-a verilən məlumata görə, 15 avqust tarixində Gürcüstan ilə dövlət sərhədində Ehram çayı­nın axını ilə müqabil ölkə ərazisindən üzüb gələn 2 ədəd göy rəngdə çəllək aşkar olunub. Çəlləklərə baxış keçirilən zaman 14 ədəd “XL Hotshot 8S” markalı fişəng, 1960 ədəd “Bigtragel Crarcker” pirotexniki vasitə, 35 ədəd “X-nova”, 10 ədəd “Ku Fly”, 20 ədəd “Etel”, 10 ədəd “Odsen-6700”, 10 ədəd “Kgtell” markalı mobil telefon qutuları aşkarlanıb. 

18 avqust tarixində Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan İran istiqamətində nəzarət iz zolağında 1 nəfərə məxsus iz aşkar olunub və dərhal keçirilmiş sərhəd axtarışı əməliyyatı nəticəsində 1 nəfər sərhəd pozucusu qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı, Təbriz şəhər sakini 1970-ci il təvəllüdlü Kəfafi Qasım Məhəmməd olması, 2018-ci ilin fevral ayında Culfa SNM-dən qanuni yolla Azərbaycana gəlməsi, Azərbaycan vətəndaşı ilə ailə qurması, “Access Bank”a borclu olduğu üçün ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi məlum olub. Sərhəd pozucusunun üzərində Azərbaycanda yaşamaq üçün bir illik icazə vəsiqəsi, 1 ədəd “Samsunq” markalı mobil telefon, 1000 ABŞ dolları, 720 İİR realı, 58 AZN, İİR-ə məxsusu müxtəlif 6 ədəd, AR-ə məxsus plastik kart aşkar olunub. 

Qeyd edilən faktlar üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

21.08.2018 13:10 / Baxılıb: 156 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo