Ramil Usubov Şəkidə vətəndaş qəbulu keçirəcək

Adəm Abbaslı/AZADİNFORM. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 25-də saat 10:00-da Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərini Şəki Şəhər Rayon Polis Şöbəsində qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a bildiriblər ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

21.08.2018 12:33 / Baxılıb: 140 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo