Nazir sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb - FOTOLAR

Adəm Abbaslı/AZADİNFORM. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün Bakının Xəzər rayonunda yerləşən 1 saylı sosial xidmət müəssisəsində uşaqlara stasionar şəraitdə göstərilən sosial xidmətləri nəzərdən keçirib.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, nazir müəssisənin əməkdaşları ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin sosial xidmət müəssisələrinin hərtərəfli təminatının da güclənməsinə səbəb olduğunu vurğulayıb. Bu sahədə Heydər Əliyev Fondu tərəfindən böyük dəstəyin göstərildiyini bildirən S.Babayev diqqətə çatdırıb ki, Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Nəticədə bu müəssisələrdə uşaqlar üçün nümunəvi yaşayış şərati ilə yanaşı, uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılmasına, bacarıqlarının inkişaf etdirilməsinə yönələn reabilitasiya əhəmiyyətli işlərin aparılması üçün geniş imkanlar yaradılıb. 

Son illərdə dövlət başçısının tapşırığı ilə görülən işlərin nəticəsi olaraq, nazirliyin Uşaq Bərpa Mərkəzində müasir tələblərə uyğun bərpa-müalicə şəraiti mövcuddur. Eləcə də Heydər Əliyev Fondunun layihəsi kimi, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin yaradılması belə uşaqlar üçün tibbi-sosial reabilitasiya infrastrukturunun genişlənməsinə səbəb olub. Bu imkanlardan maksimum istifadə etməklə, sağlamlıq imkanları məhdud uşaqların yenidən cəmiyyətə qazandırılması üçün səyləri daha da artırmaq nazirlik üçün əsas fəaliyyət prinsiplərindəndir.

S.Babayev sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb. Nazir uşaqların  hazırladıqları əl işlərinə baxıb, onların sərgilərdə nümayiş olunması, təbliği işlərinin genişləndirilməsini tapşırıb. Müəssisənin sakinlərindən biri hazırladığı əl işini nazirə xatirə hədiyyəsi olaraq bağışlayıb.

21.08.2018 11:46 / Baxılıb: 281 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo