Paşinyan Rusiyanı aldada biləcəyinə tam əmindir

Nərgiz Məmməd/AZADİNFORM. “Ermənistandakı Rusiya şirkətləri bu ölkənin qanunları əsasında işləyir. Demək olar ki, qanunları pozmurlar. “Cənubi Qafqaz Dəmir Yolları” (CQDY) şirkəti Ermənistanın dəmiryollarının konsession idarəçisi olan Rusiya kompaniyasıdır”.

Azadinform xəbər verir ki, bu fikirləri politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloq qeyd edib ki, bu qurum qanunlara daha ciddi riayət edən strukturlardandır: “Lakin bu, “CQDY”-nı Paşinyanın təzyiqlərindən qoruya bilmədi. Qəflətən yoxlamalar başladı. “CQDY”-nın baş direktoru Valko Paşinyanla görüşsə də, yoxlamaları dayandırmadı. Putinlə telefonla danışması da Paşinyanda “CQDY”-dakı yoxlamaları genişləndirməyə stimul yaratdı”.

M. Əhmədoğlu deyib ki, yoxlamalardan sonra açıqlanan rəqəmlər maliyyə pozuntularının çox cüzi olduğunu göstərir: “Görünür, özləri süni sürətdə bu rəqəmi düzəldə biliblər. “CQDY”-dakı yoxlamaların motivasiyası bəllidir - vaxtilə Ermənistan Dəmir Yollarını Fransa konsession idarəçiliyə götürmək istəyirdi. Fransa indi də bu məsələdən ötrü rəsmi Yerevana iradlarını bildirir. Paşinyan oktyabrda Yerevanda keçiriləcək Frankofoniya sammiti ərəfəsində Fransa prezidenti Makronun Ermənistana səfərinə hədiyyə hazırlayır. Seçdiyi metod orijinal deyil. Prezident olarkən Koçaryan vaxtilə yoxlamalar vasitəsilə “Sibir” (RF) aviakompaniyasını müflisləşdirdi, mal-mülkünü əlindən aldı, ölkədən qovdu. Nəticədə, “Armavia” kompaniyası yarandı və o, bunu uşaqlıq dostu, yerlisi Baqdasarova bağışladı. Paşinyan Rusiyanı aldada biləcəyinə tam əmindir. Onun düşüncəsinə görə, Paşinyandan da qat-qat zəif ermənilər Rusiyanın yüksək çinli rəsmilərini barmaqlarına dolayıblar”.

21.08.2018 11:00 / Baxılıb: 154 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo