Azərbaycan Kosovo oyununun biletləri satışda

Samir Soltanov/AZADİNFORM. Azərbaycan millisinin UEFA Millətlər Liqasında ilk oyununun biletləri satışa çıxarılıb. 

Azadinform AFFA-nın saytına istinadən xəbər verir ki, azarkeşlər, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək matçın biletlərini əldə edə bilərlər. Üç kateqoriya üzrə biletlərin qiyməti 2-5 manat, VİP yerlər üçün isə 10 manat təşkil edir. 

Bu oyuna bilet alan hər bir azarkeş Azərbaycan – Malta (14 oktyabr) və Azərbaycan – Farer adaları (17 noyabr) oyunlarının biletinə 50% endirim əldə edə bilər. Endirim yalnız eyni dəyərli biletə ilk biletin alışı vaxtı tətbiq edilir. Endirim Sky Box biletlərə şamil olunmur. 

Biletlərin satış nöqtələri ASAN 1 (Həsən Əliyev küç.36), ASAN 2 (Nobel prospekti 23, AMAY TM 2-ci mərtəbə), ASAN 3 (Abbas Mirzə Şərifzadə 157), 28 Mall (28 May küçəsi, 2-ci mərtəbə"), Gənclik Mall (Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə), Köşk 1 (Sahil m. M.Rəsulzadə 3), Köşk 2 (Bül-bül prospekti, Nizami küç.), Köşk 3 (Üzeyir Hacıbəyov küç.69x), Heydər Əliyev Sarayının kassasıdır (Bülbül pr.35). 

Qeyd edək ki, Azərbaycan – Kosovo oyunu sentyabrın 7-i 20:00-da başlayacaq.

21.08.2018 10:50 / Baxılıb: 111 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo