Türkiyədə səfirliklərin təhlükəsizliyini dövlət təmin edir

Samir Soltanov/AZADİNFORM. “Türkiyədə xarici təşkilatların, səfirliklərin təhlükəsizliyini Türkiyə dövləti təmin edir”. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyə parlamentinin sədri Binəli Yıldırım bildirib. O qeyd edib ki, hər hansı ölkə ilə əlaqələrimiz necə olursa olsun bu belədir, bunlar ayrı şeylərdir: “Ölkəmizdə çalışan xarici vətəndaşın, diplomatın təhlükəsizliyini təmin etmək bizim əsas vəzifəmizdən biridir. Bu səbəbdən edilən hücumu qınayırıq. Güc strukturlarımız hərəkətə keçərək tez bir zamanda hadisəni törədən şəxsləri saxlayıb və ədalətə təslim edib. Hər kəs bunu bilməlidir ki, heç zaman bu ölkədə özbaşınalığa, səhv hərəkətlərə icazə verilməyəcək”.

Qeyd edək ki, ötən gün ABŞ-ın Türkiyədəki səfirliyi atəşə tutulub. Hücum nəticəsində xəsarət alan olmasa da, səfirliyə ziyan dəyib.

21.08.2018 10:26 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo