Bitkoin bahalaşır

Adəm Abbaslı/AZADİNFORM. Dünyada ən populyar kriptovalyuta olan bitkoin bahalaşıb.

Azadinform-un məlumatına görə, bitkoin 6,4 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,34% artaraq 6,485 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti də bahalaşıb. Belə ki, "Ethereum" 1,67% və ya 300,02 dollaradək, "Ripple" 4,2% (0,342 dollara qədər), "Bitcoin Cash" isə 2,32% (565,47 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 211,41 milyard dollar təşkil edir və bunun 52,7% faizi bitkoinin payına düşür.

21.08.2018 09:00 / Baxılıb: 90 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo