Qubada meşədə yanğın olub

Qubada dağ massivində yanğın baş verib. 

Azadinform xəbər verir ki, bu gün rayonun Gədikqışlaq kəndində 10 hektar ərazini əhatə edən yanğın olub. Meşə-kolluq və əkin sahələri yanıb.

Əraziyə ikisi FHN Şabran rayon bölməsindən, biri Quba rayon şöbəsindən olmaqla 3 ədəd yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Yanğın söndürülüb, ətraf ərazilər yanğından mühafizə olunub. 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

20.08.2018 22:32 / Baxılıb: 97 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo