Rusiyada elektron viza sınaqları başladı

Rusiya tətbiqinə başlayacağını elan etdiyi eelektron viza sisteminin sınaqlarına start verib.

Azadinform İHA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

O bildirib ki, hazırda Uzaq Şərq ölkələrinin vətəndaşlarına e-viza verilməsinə başlanılıb. Hələlik yalnız Kalininqrada səfər etmək istəyənlərə bu viza verilir.

E-viza müraciətlərində dəvətnaməyə ehtiyac qalmayacaq və proses cəmi 20 dəqiqə çəkəcək.

Qeyd edək ki, bu sistem rəsmi olaraq 1 iyul 2019-cu ildən etibarən tətbiq olunmağa başlayacaq.

20.08.2018 22:05 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo