Pentaqon yeni anonim messencer hazırlayır

ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyi anonim və təhlükəsiz mobil messencerin hazırlanmasına 44 milyon dollar ayırıb.

Azadinform xəbər verir ki, hakerlər sistem qovşaqlarından birinə müdaxilə etdiyi halda belə yeni proqram hər bir istifadəçinin "tam məxfiliyini", həmçinin "ötürülən mesajların bütövlüyünü" təmin etməlidir.

Proqram daxilində həmsöhbətlərin dialoqları şifrələnəcək. Həmçinin messencer internetə çıxış olmayan bir şəbəkə daxilində işləməlidir.

Sözügedən proqram 2019-2023-cü illər ərzində işlənib hazırlanacaq. Yeni messencerin "Android" əməliyyat sistemi üçün versiyasını hazırlamaq planlaşdırılır.

20.08.2018 21:48 / Baxılıb: 82 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo