ABŞ-ın başçılıq etdiyi koalisiya Bağdadın istəyi ilə İraqda qalacaq

Beynəlxalq antiterror koalisiyasının tərkibində olan ABŞ hərbçiləri rəsmi Bağdadın istəyi ilə İraqda qalacaqlar.

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi, amerikalı polkovnik Şon Rayan Dubayda təşkil edilən mətbuat konfransında bildirib.

"Beynəlxalq koalisiya İraq hökumətinin istəyinə əsasən İraqda qalır", - Ş.Rayan deyib.

Onun sözlərinə görə, İŞİD terror qruplaşması ciddi rəqibdir, onların üzvlərinin sayı çoxdur, koalisiya İŞİD yaraqlılarına qarşı mübarizəni davam etdirəcək.

20.08.2018 20:38 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo