Qazaxıstan Rusiyadan benzin idxalını məhdudlaşdırır

Qazaxıstan dəmir yolu ilə Rusiyadan benzin idxalına qadağa qoyur. 

Azadinform Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstanın energetika naziri Kanat Bozumbayev əmr imzalayıb. 

Əmrə əsasən, qadağa avqustun 25-dən qüvvəyə minəcək və 3 ay davam edəcək. Məqsəd ölkənin neft məhsulları bazarını əlavə yüklənmədən qorumaqdır. 

Nazir bildirib ki, Rusiya tərəfi qadağaya anlayışla yanaşıb.

20.08.2018 19:57 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo