Vergilər naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

AZADİNFORM. Vergilər naziri Mikayıl Cabbarov avqustun 27-i saat 11-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

Azadinform Nazirliyə istinadən xəbər verirk ki, qəbul Sumqayıt şəhəri, 44-cü məhəllə, İ.Quliyev küçəsi, 2 ünvanında yerləşən 2 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında keçiriləcək.

Qəbulda Sumqayıt şəhərindən, Abşeron, Xızı, Siyəzən, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan sakinlər iştirak edə bilərlər. 

Qəbula gəlmək istəyən vətəndaşlar 21-24 avqust 2018-ci il tarixlərində Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər Departamentinə, Sumqayıt və Xırdalan şəhərlərində, habelə Xızı və Siyəzən rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya Nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

20.08.2018 19:43 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo