Türkiyədəki bütün diplomatik missiyaların təhlükəsizliyi gücləndirilib

"Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Ankaradakı səfirliyinin binasının atəşə tutulmasını qətiyyətlə pisləyir".

Azadinform "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy deyib.

"ABŞ-ın Ankaradakı səfirliyinin və digər diplomatik missiyaların, eləcə də diplomatik nümayəndəliklərin əməkdaşlarının təhlükəsizlik tədbirləri gücləndirilib", - Hami Aksoy bildirib.

Onun sözlərinə görə, müvafiq qurumlar cinayətkarların və hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üzərində çalışırlar.

Qeyd edək ki, dünən gecə naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyinin binasını atəşə tutub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

20.08.2018 19:07 / Baxılıb: 130 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo