17 yaşlı yeniyetməni elektrik cərəyanı vurub

Samir Soltanov/AZADİNFORM. Ağdaşda 17 yaşlı yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb. 

Azadinform xəbər verir ki, Ağdaş rayon Hüşün kənd sakini 2001-ci il təvəllüdlü Məmmədov İspəndiyar Vüqar oğlu avqustun 19-da saat 21:00 radələrində kəndin ərazisindən keçən 10 kilovatlıq elektrik cərəyanı xəttinin qırılıb sallanmış naqilinə toxunarkən elektrik cərəyanı vurması nəticəsində ölüb. 

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

20.08.2018 19:00 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo