Türkiyə Azərbaycandan 3,2 milyard kubmetrədək qaz idxal edib

Samir Soltanov/AZADİNFORM. Cari ilin iyun ayında Türkiyə Azərbaycandan 578 milyon kubmetr təbii qaz idxal edib. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. İyunda Azərbaycan Türkiyənin ən çox təbii qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan (1,4 milyard kubmetr) sonra ikinci olub. 

Bu ilin yanvarında Türkiyə Azərbaycandan 594,15 milyon kubmetr, fevral ayında 536,61 milyon kubmetr, martda 591 milyon kubmetr, aprelində 292,04, may 601 milyon kubmetr, iyunda isə 578 milyon kubmetr təbii qaz idxal edib. Beləliklə ilin birinci yarısında Azərbaycandan Türkiyəyə təqribən 3 milyard 193 milyon kubmetr qaz göndərilib.

20.08.2018 18:05 / Baxılıb: 127 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo