Neftçinin 52 ay gözlədiyi seriya

Samir Soltanov/AZADİNFORM. Premyer Liqaya ardıcıl iki qələbə ilə başlayan “Neftçi” ötən mövsümün sonunda başlayan uğurlu seriyasını 5-ə çatdırıb. 

Azadinform PFL-ə istinadən xəbər verir ki, “ağ-qaralar” öz meydanında “Qəbələ”ni 2:1 hesabı ilə üstələməklə ardıcıl 5-ci qələbəsini qazanıb. 2017/18 mövsümünün finişində “Qarabağ”ı 1:0, “Səbail”i 3:1, “Kəpəz”i 2:1 hesabı ilə məğlub edən bakılılar ötən tur “Sumqayıt”ın qapısından iki cavabsız qol keçirmişdi. Bu 5 qarşılaşmada 10 qol vurub 3-nü buraxan “Neftçi” sonuncu dəfə belə qələbə seriyasına 2013/14 mövsümündə imza atmışdı. 

2014-cü ilin mart-aprel aylarındakı 5 oyunluq qələbə seriyası 52 aydan sonra təkrarlanıb. 

Qeyd edək ki, sonuncu dəfə aprelin 23-də “Keşlə” ilə matçda (1:2) xal itirən “Neftçi” növbəti turda “Qarabağ”la Azərbaycan derbisinə çıxacaq.

20.08.2018 13:45 / Baxılıb: 97 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo