Qarabağ klanı yenidən təşkil olunacaq Politoloq

Şəfa Tapdıq/AZADİNFORM. “Ermənistanın eks-prezidenti Robert Koçəryanın siyasətə qayıtmaq haqda verdiyi bəyanat ilk olaraq, özünü qorumaq instinkti ilə bağlıdır”.

Azadinform xəbər verir ki, bu fikirləri politoloq Qabil Hüseynli bildirib. Politoloq qeyd edib ki, Koçəryanla bağlı açılan cinayət işi hələ bağlanmayıb, istintaq davam etdirilir: “Serj Sarkisyan da istintaqa cəlb olunub. Belə görünür, Koçəryan həbsdən Moskvanın göstərişi ilə buraxılıb. Üstəgəl, ona siyasətə qayıtmaq və partiya yaratmaqla bağlı təlimat verilib. O, öz partiyasını qurmaq üçün oliqarxlara və “Qarabağ klanı”na müraciət etmək fikrindədir. Koçəryan gələcəkdə yəqin ki, “Qarabağ klanı”nın digər üzvü olan Sarkisyanla birgə hərəkət edəcək”.

Q. Hüseynli xatırladıb ki, Sarkisyanın partiyası var: “Respublikaçılar partiyası hazırda parlamentdə ən böyük fraksiyadır və Sarkisyanın partiyası parlamentə nəzarət edir. Gələcəkdə Sarkisyanla Koçəryan koalisiya, blok yarada bilərlər. Bununla da, siyasi mübarizəni daha effektiv apara bilərlər. Hesab edirəm ki, gedişat bu cür də olacaq. Onlar hər ikisi səhra komandiri olublar, yaxın dost olublar və bir komandada işləyiblər. Düşünürəm ki, “Qarabağ klanı” yenidən təşkil olunacaq, Paşinyana qarşı yeni mübarizə bloku formalaşdırılacaq. Bu isə o deməkdir ki, parlamentə seçkilər ciddi mübarizə və gərginlik şəraitində keçəcək”.

20.08.2018 13:00 / Baxılıb: 585 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo