Muxtar Babayev Masallıda vətəndaşlarla görüşəcək

AZADİNFORM. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev avqustun 31-də Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən Azadinform-a bildirilib ki, görüş saat 09:30-da Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i və ya 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Lənkəran şəhəri, Füzuli küçəsi 75) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-369-20-77, 050-275-37-75, 025-25-4-70-54) xahiş olunur.

20.08.2018 12:39 / Baxılıb: 350 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo