La Liqa: Real mövsümə qələbə ilə başladı

Adəm Abbaslı/AZADİNFORM. Avqustun 19-da İspaniya çempionatın birinci turunun növbəti oyunları keçirilib.

Azadinform xəbər verir ki, “Real Madrid” klubu doğma meydanda “Xetafe” kollektivini qəbul edib. Oyunun favoriti sayılan madridlilər qarşılaşmanın 20-ci dəqiqəsində hesabı açıblar. Qaret Beylin başlatdığı hücumu Dani Karvaxal dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:0. Qoldan sonra irəli atılan “Kral klubu” rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, ilk hissədə hesab dəyişməyib.

Qarşılaşmanın 51-ci dəqiqəsində “Real Madrid” hesab arasındakı fərqi iki topa çatdırıb. “Xetafe”nin müdafiəçisi Djene Dakonamın kobud səhvini Qaret Beyl bağışlamayıb - 2:0. Bu, oyunda sonuncu qol olub.

Günün digər matçlarında “Ueska” səfərdə “Eybar”ı 2:1, “Sevilya” isə “Rayo Valyekano”nu 4:1 hesabları ilə məğlubiyyətə uğradıblar.

Bu gün çempionatda “Valensiya” – “Atletiko Madrid” qarşılaşması baş tutacaq. Birinci tura isə avqustun 21-də keçiriləcək “Atletik Bilbao” – “Leqanes” oyunu ilə yekun vurulacaq.

20.08.2018 10:00 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo