ABŞ-ın Türkiyədəki səfirliyi atəşə tutulub

Adəm Abbaslı/AZADİNFORM. Naməlum şəxslər ABŞ-ın Türkiyədəki səfirliyinin binasını atəşə tutublar.

Azadinform RİA Novosti-yə istinadən xəbər verir ki, bu gün səhər saatlarında baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.

Hələlik kimliyi məlum olmayan silahlı şəxslər səfirliyin binasına atəş açıblar. Hadisə yerində 5-6 dəfə silah səsi eşidilib. Cinayətkarlar dərhal hadisə yerini tərk ediblər.

Polis silahlı şəxslərin axtarışına başlayıb.

20.08.2018 09:20 / Baxılıb: 174 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo