Cüdoçumuz Belarusda çempion oldu

Adəm Abbaslı/AZADİNFORM. Belarusun paytaxtı Minsk şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub.

Gənclər və İdman Nazirliyindən Azadinform-a verilən məlumata görə, beynəlxalq turnirin ikinci günü millimiz üçün uğurlu olub.

100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elmar Qasımov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuza Minsk turnirinin qızıl medalı təqdim edilib.

Qeyd edək ki, 40 ölkədən 390 (272 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa açıq çempionatında Azərbaycan millisi 12 (4 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunub. Yarışın ilk günü qadın cüdoçumuz Ayşə Qurbanlı bürünc medala layiq görülüb.

20.08.2018 09:00 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo