Zərif ABŞ-ı İranda dövlət çevrilişi hazırlamaqda ittiham edib

ABŞ 1953-cü ildə olduğu kimi ölkədə hakimiyyəti devirmək üçün İran üzrə "hərəkət qrupu" yaradıb.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Düz 65 il əvvəl ABŞ xalq tərəfindən seçilmiş demokratik [Məhəmməd] Mosaddıq hökumətini devirərək növbəti 25 il müddətinə diktatorluğu bərpa etdi və iranlıları kölə halına saldı. İndi İran üzrə "hərəkət qrupu" təzyiq, yalan məlumat və demaqoqluq yolu ilə eyni şeyi etmək arzusundadır. Bu, bir daha olan deyil", - deyə nazir öz "Twitter" səhifəsində yazıb.

19.08.2018 17:59 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo