Ukraynalı futbolçu Rusiya bayrağından üz çevirib

"Nijni Novqorod" klubunun futbolçusu Vitali Fyodorov Rusiya bayrağından nümayişkaranə şəkildə üz çevirib.

Azadinform-un məlumatına görə, ukraynalı müdafiəçi bu addımı Rusiya I Divizionunun VII turunda "Soçi" komandası ilə matçdan öncə atıb.

30 yaşlı oyunçu Rusiya himni çalındığı vaxt tribunaya tərəf baxmaqda davam edib. Qalan futbolçular və hakimlər isə Rusiya bayrağına tərəf çevriliblər. Görüş "Soçi"nin qələbəsi ilə yekunlaşıb - 1:0.

Vitali Fyodorov Kiyev "Dinamo"sunun yetirməsidir. O, "Nijni Novqorod"da bu ildən çıxış edir.

19.08.2018 16:29 / Baxılıb: 109 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo