Kürdəmirdə zəncirvari yol qəzası olub

Kürdəmir rayonunda zəncirvari yol qəzası baş verib.

Məlumata görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Əvvəlcə "Hyundai Tucson", ardınca isə "VAZ-2107" markalı minik avtomobilləri "VAZ-21015"ə çırpılıb. Nəticədə "015"in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

19.08.2018 13:56 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo