Putin ilə Merkelin görüşündə ikitərəfli və regional məsələlər müzakirə olunub

Rusiya Prezidenti Vladimir Putin ilə Almaniya Kansleri Angela Merkel arasında keçirilən görüş başa çatıb.

Azadinform TASS agentliyinə istinadla xəbər verir ki, müzakirələr üç saat davam edib. Görüşdən əvvəl mətbuata bəyanatlarla çıxış edən A.Merkel və V.Putin qeyd ediblər ki, işçi nahar formatında keçiriləcək görüşdə ikitərəfli və regional məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar. Həmçinin bildirilib ki, söhbət zamanı Suriya məsələsi, Ukrayna böhranının həlli yolları, “Şimal axını-2” layihəsi, İranın nüvə proqramı üzrə saziş ətrafındakı vəziyyət müzakirə olunacaq.

19.08.2018 12:33 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo