Ronaldu "Yuventus"da debüt edib

İtaliyanın "Yuventus" klubunun yeni transferi Kriştianu Ronaldu komandada rəsmi debüt edib.

Azadinform xəbər verir ki, portuqaliyalı hücumçu ilk matçını İtaliya A Seriyasının I turunda "Kievo"ya qarşı keçirib.

O, 90 dəqiqə meydanda olsa da, komandada qol hesabını aça bilməyib.

"Yuventus"un baş məqçisi Massimiliano Alleqri Ronaldunun debüt oyunu barədə fikirlərini bölüşüb:

"O, fiziki cəhətdən çox güclüdür. Ronaldu cəmi yeddi gün bizimlə məşq edir, amma hayıf ki, bugünkü görüşdə qol vura bilmədi. Onun komandaya tez uyğunlaşmasına heyranam".

"Kiyevo" - "Yuventus" matçı qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

19.08.2018 11:53 / Baxılıb: 102 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo