İndoneziyada güclü zəlzələ olub

İndoneziyanın Lombok adası sahillərində 6,3 maqnituda gücündə zəlzələ olub.

Azadinform xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

Təkanlar Bakı vaxtı ilə səhər saat 08:10 radələrində adanın şimal sahillərində qeydə alınıb.

Hazırda təbii fəlakət nəticəsində dağıntı və tələfat barədə məlumat yoxdur.

Avqustun 5-də Lombok adasında baş vermiş zəlzələ nəticəsində təqribən 400 nəfər həyatını itirib.

19.08.2018 11:38 / Baxılıb: 118 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo