Cüdoçumuz Minskdə bürünc medal qazanıb

Belarusun paytaxtı Minsk şəhərində cüdo üzrə Avropa açıq çempionatı keçirilir. 

Azadinform-un Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, beynəlxalq turnirin ilk günündə cüdoçumuz medal qazanıb.

Belə ki, 48 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ayşə Qurbanlı Minsk turnirinin bürünc medalını qazanıb. Bu çəkidə mübarizə aparan digər cüdoçumuz Leyla Əliyeva isə 5-ci olub.Qeyd edək ki, 40 ölkədən 390 (272 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa açıq çempionatında Azərbaycan millisi 12 (4 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunur.

19.08.2018 10:43 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo